"İnter" "Sumqayıt"la oyuna hazırlaşır

"İnter" "Sumqayıt"la oyuna hazırlaşır

"İnter" Premyer Liqanın 5-ci turu çərçivəsində "Sumqayıt" komandasıyla keçiriləcək oyunun hazırlıqlarına başlayıb. Siasport.az saytının məlumatına görə, görüşə "Şəfa" stadionunda hazırlaşan komanda dünən axşam məşqinə çıxıb. Bu gün daha iki məşqin keçirilməsi planlaşdırılır. Səhərki məşqdə futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar və topla hərəkətlər ediblər. Axşam məşqi isə saat 17.00-da başlayıb.

Qeyd edək ki, "İnter" - "Sumqayıt" matçı sentyabrın 15-də keçiriləcək. Oyun"Şəfa" stadionunda baş tutacaq. Qarşılaşma saat 19.00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə