FIFA referisi Anar Salmanov və FIFA referi köməkçisi Mehman Mahmudov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin Estoniyada təşkil olunacaq 12-ci qrupunun oyunlarına təyinat alıb. Siasport.az saytının məlumatına görə, oyunları sentyabrın 25-dən oktyabrın 2-dək keçiriləcək bu qrupda Estoniya, Ukrayna, İngiltərə və Farer adaları yığmaları mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB