"Partizan"ın baş məşqçisi: "Azərbaycanda “Partizan”ın şansını az görürlər"

"Partizan"ın baş məşqçisi: "Azərbaycanda “Partizan”ın şansını az görürlər"

Siasport.az saytı Serbiyanın "Partizan" klubunun baş məşqçisi Vladimir Vermezoviçin müsahibəsini təqdim edir:

- Avroliqanın püşkatmasından razı qaldınız?
- Püşkün nəticəsini normal qarşıladıq. Əlbətdə qrupun favroriti "İnter"di. Amma bu o demək deyil ki, "İnter" məğlubedilməzdi. Qrupdan çıxmaq istəyən komanda bütün rəqiblərlə uğurlu oyunlar keçirməyin planlarını cızmalıdı. Yalnız iştirakla kifayətlənmək fikrimiz yoxdu"

- İlk oyununuzu "Neftçi"yə qarşı keçirəcəksiniz. Bu oyundan nə gözləyirsiniz?
- Bildiyimə görə, "Neftçi"nin Avroliqanın qrupuna vəsiqə qazanması ölkənizdə tarixi hadisə kimi qiymətləndirilir. Əlbətdə, komanda play-off mərhələsində APOEL kimi rəqibi məğlub edibsə, deməli futbol oynamağı bacarır. Birinci görüşü məhz bakılılara qarşı Belqradda keçirəcəyik. Fikrimcə, bu oyun qrup mərhələsində ilk olduğu üçün olduqca önəmlidi. İlk matçda hesabımıza üç xal yazmaq üçün əlimizdən gələni edəcəyik. Çünki startın necə alınması motivasiya baxımından vacib şərtdi.

- Komandanızın qrupdan çıxacağına inanırsız?
- Bütün rəqiblərin qrupdan çıxmaq şansı var. O cümlədən də bizim.

- Yəqin debütant olduğuna görə Serbiyada "Neftçi"ni autsayder kimi qəbul edirlər. Bəs siz necə?
- Əksinə, mən belə başa düşürəm ki, Azərbaycanda "Partizan"ın şansını az görürlər (gülür). Ancaq oyunlar ərəfəsində müxtəlif fikirlər formalaşması başadüşüləndi. 4 komandadan 2 güclüsü qrupdan çıxacaq.

- Dünən OFK ilə oyunda hücumçunuz Aleksandr Mitroviç zədələnib. Bu ciddi itkidi?
- Əlbəttə, istənilən futbolçunun zədə alması baş məşqçi üçün qayğıdı. Ancaq bu da var ki, əvəzolunmaz futbolçu yoxdu. Ümid edirəm ki, Belqradda "Neftçi"yə qarşı keçirəcəyimiz oyunadək sağalar. Hərçənd, zədəsi yetərincə ciddidi.

- OFK ilə "Neftçi"ni müqayisə edə bilərsiz?
- Çətin sualdı. Faktdı ki, OFK-dan fərqli bakılılar Avroliqanın qrupuna vəsiqə qazanıb. Həm də hazırda sizinkiləri yaxşı tanımıram. Sentyabrın 20-nədək təmsilçiniz haqda çox şey öyrənməliyəm. Biz Belqradda APOEL-in səhvlərini təkrarlamaq istəmirik. APOEL-in çalışdırıcısı, həmyerlim İvan Yovanoviçlə əlaqə saxlayıb, "Neftçi" haqqında dolğun informasiya almağa çalışacağam. Şübhəsiz onların avrokuboklarda keçirdikləri görüşlərin videogörüntülərini də əldə etməliyik.

Fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə