Kubok Turu - Gəncə konserti

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyul ayının 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Rəsmi Kubok bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında sərgilənəndən sonra, avqust ayının 6-da Kubok Sponsor Turuna başlayıb. Sponsor Turu zamanı Rəsmi Kubok çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətlərinin ofislərində yerləşdirilmişdi və beləliklə, geniş ictimaiyyətə təqdim olunmuşdu.

Siasport.az saytının məlumatına görə, avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb. Səfər çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə, Bakı şəhərinə qayıdacaq.

Avqustun 24-də, Gəncə şəhərinin Azadlıq meydanında keçirilən konsert tamaşaçılarının böyük marağına səbəb oldu. FIFA U-17 qadınlararası dünya çempionatının Rəsmi Kubokun Kubok Turuna həsr olunmuş möhtəşəm konsert proqramında Çingiz Mustafayev, Tural Süleymanov, Daşqın, "Odlar Yurdu" Dövlət Rəqs Ansamblı kimi tanınmış ifaçilar və rəqs qruplarının çıxışları ilə yanaşı, konsert qonaqları üçün üz rəngləmə müsabiqəsi və futbol viktorinası keçirilib və qaliblərə hədiyyələr təqdim olunub. Meydanda bilet satışı nöqtəsi təyin olunub və çempionatın oyunları haqqında məlumat verilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Gənclər və İdman idarəsinin rəisi Mikayıl Zeynalov konsert proqramında iştirak edib, Yerli Təşkilat Komitəsinin üzvlərinə konsertin təşkilati işlərində kömək və dəstək göstəriblər.

Xatırladaq ki, Kubok Turunun növbətli konserti avqust ayının 27-də Sumqayıt şəhərində keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня