Azərbaycan hamını qabaqladı

Güləş üzrə yeniyetmələr arasında Bakıda keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə final yarışları keçirilib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamızın üzvləri 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla aktivinə 84 xal yazdırıb. Bu nəticə ilə millimiz komanda hesabında birinci olub.

Qızıl medal

Mikayıl Rəhmanov (46 kq)

Elnur Həsənov (50 kq)

Kərim Cəfərov (54 kq)

Murad Məmmədov (58 kq)

Ruhin Mikayılov (63 kq)

İslam Abbasov (76 kq)

Gümüş medal

Zamir Məhəmmədov (85 kq)

Bürünc medal

Sənan Süleymanov (42 kq)

Komanda hesabı

Yunan-Roma güləşi

1. Azərbaycan - 84 xal

2. Gürcüstan - 62 xal

3. Rusiya - 61 xal

Bütün xəbərlər Facebook səhifəmizdə