AFFA ilə İspaniya Futbol Federasiyası arasında əməkdaşlıq uğurla davam etdirilir. Siasport.az saytının məlumatına görə, İspaniya Futbol Federasiyası tərəfindən AFFA-ya rəsmi müraciət edilərək, sentyabrın 7-də, Pontevedra şəhərindəki "Pasaron" stadionunda İspaniya və Səudiyyə Ərəbistanı milliləri arasında keçiriləcək yoldaşlıq oyununun azərbaycanlı hakimlər tərəfindən idarə olunmasını istədikləri bildirilib. AFFA müraciəti müsbət cavablandırıb.
Beləliklə, İspaniya - Səudiyyə Ərəbistanı yoldaşlıq oyununun baş hakimi FIFA referisi Anar Salmanov olacaq. Ona FIFA referi köməkçiləri Yaşar Abbasov və Mübariz Haşımov kömək edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB