Azərbaycan - Bəhreyn oyununu İsrail yığmasının məşqçisi də izləyəcək

Azərbaycan - Bəhreyn oyununu İsrail yığmasının məşqçisi də izləyəcək

Millimizin bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Bəhreyn yığması ilə keçirəcəyi yoldaşlıq oyunu DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizin də diqqət mərkəzindədir. Siasport.az saytının məlumatına görə, Azərbaycan - Bəhreyn oyununu İsrail yığmasının məşqçisi Alon Hazan da izləyəcək.

Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsində millimiz ilk oyununu sentyabrın 7-də, Bakı şəhərində İsrail yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə