Bu gün Çempionlar Liqasının play-off mərhələsinin püşkü atılıb. Siasport.az saytı xəbər verir ki, Nyon şəhərində baş tutan mərasimdən sonra məlum olub ki, Türkiyənin "Fənərbaxça" klubu, keçmiş futbolçusu Emenikenin heyətində çıxış etdiyi Moskva "Spartak"ı ilə qarşılaşacaq. III mərhələdə çempionumuz "Neftçi"ni mübarizədən kənarlaşdıran "Hapoel" isə BATE-yə rəqib olub.
"Bazel" (İsveçrə) - ÇFR (Rumıniya)
"Helsinborq" (İsveç) - "Seltik" (Şotlandiya)
BATE (Belarus) - "Hapoel" (Kiryat Şimona, İsrail)
"AEL Limassol" (Kipr) - "Anderlext" (Belçika)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Maribor" (Sloveniya)
"Braqa" (Portuqaliya) - "Udineze" (İtaliya)
"Spartak" (Moskva, Rusiya) - "Fənərbaxça" (Türkiyə)
"Malaqa" (İspaniya) - "Panatinaikos" (Yunanıstan)
"Borusiya" (Münhenqladbax, Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna)
"Lill" (Fransa) - "Kobenhagen" (Danimarka)
Play-off mərhələsinin ilk oyunları avqustun 21-i və 22-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB