XXX Yay Olimpiya Oyunlarında Azərbaycan taekvondoçusu mübarizəyə başlayıb. Siasport.az saytının məlumatına görə, təmsilçimiz Ramin Əzizov (80 kq) yarışa 1/8 finaldan start verib. R.Əzizov ilk çıxışında amerikalı idmançı Stiven Lopeslə üz-üzə gəlib. İdmançımız ikiqat olimpiya çempionunu məğlub edib - 3:2. O, 1/4 finalda Rasul Abduraim (Qırğızıstan) - Mauro Sarmiento (İtaliya) cütünün qalibi ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB