İngiltərənin "Çelsi" futbol klubu, heyətini gücləndirmək üçün hərəkətə keçib. Siasport.az saytı "Sky Sport"a istinadən xəbər verir ki, ingilis klubu futbol üzrə Braziliya millisinin forvardı üçün 31 milyon avrosundan keçməyə hazırlaşır. "Sky Sport"un yaydığı məlumata əsasən, Braziliyanın "İnternasional" futbol klubunda forma geyən 20 yaşlı futbolçunun yeni mövsümdə "Çelsi"də forma geyməsi klublar arasında aparılacaq danışıqların nəticəsindən asılıdır. Xatlırladaq ki, "zadəganlar" bundan əvvəl də 20 yaşlı futbolçunu transfer etmək üçün "İnternasional"ın "qapısını döymüşdülər". Lakin o zaman "Çelsi"nin təklif etdiyi 25 milyon avro braziliyalıları qane etmədiyinə görə bu transfer baş tutmamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB