Hazırda Gürcüstan - Azərbaycan sərhəddində olan Azərbaycan çempionu "Neftçi" klubunun əsas heyətinin avtobusu ölkəmizə buraxılmır. Siasport.az saytının Gürcüstana ezam olunan əməkdaşının verdiyi məlumata görə, Gürcüstan tərəfi qəsdən, bilərək, sənədlərdə heç bir problem olmadığı halda avtobusun keçidinə mane olur.
Gürcüstan sərhədçiləri digər avtobusları buraxdıqları halda "Neftçi"nin avtobusunu 2 saata yaxındır ki, sərhəd keçid məntəqəsinə yaxınlaşmağa icazə vermir. Buna səbəb kimi isə Azərbayan çempionu "Neftçi"nin çempinlar liqasının 2-ci təsnifat mərhələsində Gürcüstanın "Zestafoni" klubun yarışdan kənarlaşdırılmasıdır.
Sərhəddə olan "Neftçi"nin avtobusu birbaşa olaraq oyunun keçirildiyi Zestafonidən Azərbaycana gəlməyə çalışır.
Qeyd edək ki, Azərbaycan idman jurnalistlərinin böyük bir hissəsi də həmin avtobusla vətənə qayıtmağa çalışırlar.
Son anda müxbirimiz bizimlə əlaqə saxlayaraq bildirdi ki, \"Neftçi\" klubunun məsələyə müdaxiləsindən sonra problem öz həllini tapdı. Avtobus artıq Azərbaycan ərazisindədir.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB