“İnter” qələbəni əldən verdi

“İnter” qələbəni əldən verdi

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşündə "İnter" Bakıda Yunanıstanın "Asteras Tripolis" klubunu qəbul edib. İlk yarıda hesab açılmayıb.


İkinci hissənin ilk dəqiqəsində "İnter" hesabı açıb. Tales Şütz fərqlənib. Amma 54-cü dəqiqədə müdafiəçilərimizin kobud səhvindən istifadə edən qonaqlar hesaba tarazlıq gətiriblər.


Matç 1:1 hesabı ilə başa çatıb. Təkrar görüş gələn həftə Yunanıstanda keçiriləcək.


"İnter" (AZƏRBAYCAN) - "Asteras Tripolis" (Yunanıstan) - 1:1 (İkinci hissə)


Qollar: Tales Şütz, 46 (1:0), Emanuel Perrone, 54 (1:1)


"İnter": Georgi Lomaya, Valeri Abramidze, Vladimir Levin, Brüs Abdulaye, İlia Kandelaki, Ruslan Əmircanov, Slavço Georgiyevski, İbrahim Niasse (Peter Zlatinov, 72), Georgi Adamiya (Daniel Genov, 89), Asif Məmmədov (Nizami Hacıyev, 46), Tales Şütz


"Asteras Tripolis": Bantis Xuanito, Lautaro Formika, Fernando Usero, Emanuel Perrone (Kaubrilis, 90+1), Rayo (Kristof Pipinis, 88), Savas Çampurs, Leandro Alvares, Sebastyan Bartolini, Ximo Armero, Mixalis Fraqulakis (Anastosis Bakatakis, 54)

Bütün xəbərlər Facebook səhifəmizdə