\"Dalğa-Arena\" stadionunun mətbuat zalında \"İnter\" - \"Asteras\" oyununa həsr olunmuş mətbuat konfransı keçirilib. Siasport.az -ın məlumatına görə, mətbuat önünə çıxan \"İnter\"in baş məşqçisi Kaxaber Tsxadadze çıxışına \"Neftçi\" klubunu qələbə münasibətiylə təbrik etməklə başlayıb: \"Öncə \"Neftçi\" klubunu eldə etdiyi qələbə münasibəti ilə təbrik edirəm. \"Xəzər-Lənkəran\" komandasını da ikinci mərhələyə vəsiqə qazanması ilə əlaqədar təbrik etmək istərdim\". Daha sonra Kaxaber Tsxadadze \"Asteras\"a qarşı keçiriləcək oyun haqqında öz fikirlərini bildirib: \"Yunanıstan klubunun oyunlarının videoyazılarını izləmişik. Rəqib haqqında kifayət qədər məlumatımız var. \"Asteras\" yaxşı heyətə malikdir və mövsümlər arası dövrdə onlar demək olar ki, bu heyəti saxlaya bildilər. Rəqib üzərində kiçik bir üstünlüyümüz var. Onlardan fərqli olaraq biz artıq bu mövsümdə iki rəsmi görüşdə meydana çıxmışıq. \"Asteras\" üçün isə baş tutacaq qarşılaşma mövsümün ilk oyunu olacaq. Biz müdafiədə diqqətli oynamalıyıq. Bu qarşılaşmada biz qol vurub, buraxmamağa çalışacağıq\".
Qeyd edək ki, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək \"İnter\" - \"Asteras\" matçı bu gün saat 21.00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB