Tələbələr arasında Dünya çempionatında yığma Azərbaycan yığması komanda yarışlarında 3-cü yeri tutub. Karate Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, -75 kq çəki dərəcəsində Ayxan Mamayev və +84 kq çəki dərəcəsində Şahin Atamov daha iki bürünc medal qazanıb.
Xatırladaq ki, karate üzrə Tələbə Oyunları (Universiada) hər il ildə bir dəfə Avropa və Dünya çempionatları ilə növbə ilə keçirilir.
Məlumat üçün bildirək ki, Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən növbəti 8-ci Dünya çempionatına dünyanın 47 ölkəsindən 500-dən çox iştirakçı qatılıb.
Qeyd edək ki, keçən Dünya çempionatında çəki kateqoriyalarında iki qızıl medal qazanan Azərbaycan yığma komandası yarışlarda öz əvvəlki nəticəsini bu fərqlə təkrarladı. Çempionatda iştirak Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, eyni zamanda "GƏNCLİK" Azərbaycan Tələbələrin Könüllü İdman Cəmiyyətinin texniki dəstəyi ilə mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB