Azərbaycan millisi İsveçrə yığmasına məğlub olub

Azərbaycan millisi İsveçrə yığmasına məğlub olub
Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinin oyunları baş tutub. Siasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası mərhələ çərçivəsində bu gün İsveçrə yığması ilə qarşılaşıb.

Məlumat üçün bildirək ki, görüş 4:3 hesabı ilə İsveçrə yığmasının xeyrinə başa çatıb. Millimizin heyətində Əbdül Əliyev, Elvin Quliyev və Emin Kürdov fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə