Fransalı hücumçu Jeremi Perbe karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər. Siasport.az saytının Belçika mətbuatına istinadən verdiyi xəbərə görə, Belçika təmsilçisi – "Bergen Mons" komandasından ayrılan 1984-cü il təvəllüdlü təcrübəli forvard hazırda Azərbaycan klublarından birinin düşərgəsindədi. Amma həmin klubun adı açıqlanmır.
Qeyd edək ki, hazırda "Kəpəz" adı açıqlanmayan bir neçə fransız futbolçunu sınaqdan keçirir. Nəzərdə tutulur ki , onlardan biri də məhz Jeremi Perbe ola bilər.
Perbenin 2011ci ildə oynadığı sonuncu komandası "Berqen Mons"da 50 oyunda hesabına 39 qol yazdırıb.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB