“Montreal Impakt\" klubu yeni transferə hazırlaşır

“Montreal Impakt\" klubu yeni transferə hazırlaşır

Sezonun sonlarında \"Milan\" komandası ilə yollarını ayıran Alessandro Nesta karyerasını Amerika Liqasında davam etdirə bilər. Siasport.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, Kanadanın \"Montreal Impakt\" klub heyətinin diqqət mərkəzində olan 36 yaşlı futbolçunun transfer olub-olmayacağı hər kəsi maraqlandıran məsələlərdəndir.

Kanada təmsilçiləri Nestaya rəsmi təklifini göndərib. Futbolçu əgər razı olarsa, yeni mövsümdən Amerika Liqasında oynayacaq.

Xatırladaq ki, Marko Di Vayo, Matteo Ferrari və Bernardo Korradi kimi italyan futbolçuları da \"Montreal Impact\" klubunun formasını geyinirlər.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə