"London-2012" olimpiya oyunlarının medalları Tauer qalasına verildi-FOTO
London Olimpiya və Paralimpiya oyunlarının 4,7 min ədəd medalı təşkilatçılar tərəfindən qorunması üçün Tauer qalasına verilib. SİA-nın məlumatına görə, qızıl, gümüş və bürünc medallar olimpiya oyunlarının başlayacağı 27 iyul tarixinə kimi Britaniyanın bu qədim qalasında saxlanılacaq.
Xatıradaq ki, London Olimpiya oyunlarının medalları oyun tarixində ən böyük medallar olacaq-onların diametri 85 millimetr, qalınlığı 7 millimetr, çəkisi isə 400 qramdır. Medalların dizaynı rəssam Devid Uotkins tərəfindən işlənilib.
Medalın üz hissəsində qədim qələbə allahı Nikanın rəsmi əks olunub ki, bu da Olimpiya oyunlarının ruhunu və ənənələrini simvolizə edir, arxa fonda isə qədim amfiteatrları xatırladan stadion əks olunub. Əks tərəfin mərkəzində Olimpiya-2012-nin loqotipi əks olunub-atletlərin enerjisi və birlik rəmzi kimi dağılan və kəsişən şüalar. Bayram lenti şəklində medaldan Temza çayı da "axır" ki, bu da olimpiya oyunlarının keçirildiyi yerə işarədir.
Qeyd edək ki, medallar Krallığın sikkə sarayı tərəfindən işlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB