Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub. Boks Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, Azərbaycan komandası yarışı 1 qızıl və 4 bürünc medalla tamamlayıb. Turnirin son günündə 57 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə rinqə çıxıb. Boksçumuz finalda rusiyalı Arkadi Plemeniçenko ilə üz-üzə gəlib. Daha yaxşı təsir bağışlayan həmyerlimiz 14:9 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, komandamızın digər üzvlərindən Elnur Şəfizadə (48 kq), Cavid Quliyev (60 kq), Orxan Əliyev (80 kq), və Məhəmmədəli Tahirov (80+kq) bürünc medala sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB