Kriştiano Ronaldo ispanlarla bacara biləcəkmi?

Bu axşam futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsi keçiriləcək. Siasport.az saytının məlumatına görə, son dünya və Avropa çempionu İspaniya millisi titulunu qorumaq yolunda inamla irəliləyir.

İspanların bu dəfəki rəqibi isə ən yaxın qonşulsu olan Portuqaliya millisi olacaq. Son dünya çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olan Portuqaliyanın bu dəfəki vəziyyətinin necə olacağı hər kəsdə böyük maraq doğurur. Kriştiano Ronaldonun komandası finala yüksələrsə, \"Avro-2004\"-dəki uğurunu təkrarlaya bilər. Xatırladaq ki, Portuqaliya millisi 2004-cü ildə Avropa cempionatının finalına yüksəlsə də, həlledici qarşılaşmada Yunanıstana 0:1 hesabı ilə məğlub olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə