İspanların bu dəfəki rəqibi isə ən yaxın qonşulsu olan Portuqaliya millisi olacaq. Son dünya çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olan Portuqaliyanın bu dəfəki vəziyyətinin necə olacağı hər kəsdə böyük maraq doğurur. Kriştiano Ronaldonun komandası finala yüksələrsə, \"Avro-2004\"-dəki uğurunu təkrarlaya bilər. Xatırladaq ki, Portuqaliya millisi 2004-cü ildə Avropa cempionatının finalına yüksəlsə də, həlledici qarşılaşmada Yunanıstana 0:1 hesabı ilə məğlub olmuşdu.