Ukrayna-Fransa oyunu dayandırıldı

Bu gün Avro 2012-də ikinci turun növbəti oyunları start götürüb. D qrupunun açılış matçında ev sahibi Ukrayna Donetsk şəhərində Fransa yığmasını sınağa çəkir. Oyun 5-ci dəqiqədə hollandiyalı hakim Byorn Kappers tərəfindən dayandırılıb. Səbəb kimi şiddətli yağış və şimşək çaxması göstərilib. Hələlik oyunda məcburi fasilədir.

Bütün xəbərlər Facebook səhifəmizdə