İngiltərə millisi Belçikanı minimal hesabla məğlub etdi

İngiltərə millisi Belçikanı minimal hesabla məğlub etdi

Futbol üzrə İngiltərə millisi EURO-2012-yə hazırlıq çərçivəsində Londonda Belçika yığması ilə qarşılaşıb. "Uembli" stadionunda keçirilən qarşılaşma ingilislərin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 36-cı dəqiqədə Denni Uelbek vurub.


Qələbə ilə başa çatan oyun İngiltərə millisinin Avropa çempionatı ərəfəsində sonuncu hazırlıq oyunu idi. Bundan əvvəl ingilislər Hollandiya yığmasına məğlub olmuş (2:3), Norveç millisinə isə 1:0 hesabı ilə qalib gəlmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə