"Neftçi"nin keçmiş futbolçusu "İnter"ə keçir

"Neftçi"nin keçmiş futbolçusu "İnter"ə keçir
Bakının "Neftçi" komandasının heyətində görmək istəmədiyi makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski karyerasını Bakının "İnter" klubunda davam etdirəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə məlumatı "bankirlərin" meneceri Səbuhi Səfiyarlı verib. O qeyd edib ki, makedoniyalı futbolçunun "Neftçi" ilə müqaviləsi mayın 30-da başa çatır. "Müqavilə bitəndən sonra biz Georgeyevskiylə bir illik müqavilə imzalayacağıq" - deyə S.Səfiyarlı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə