"Fənərbaxça"dan "Qalatasaray"a daha bir zərbə!

"Fənərbaxça"dan "Qalatasaray"a daha bir zərbə!
İstanbulun "Fənərbaxça" futbol klubu, əzəli rəqibi "Qalatasaray"lıları əsəbləşdirəcək daha bir addım atıb. Siasport.az saytı xəbər verir ki, mövsümü ikinci pillədə başa vuran və UEFA Çempionlar Liqasına qatılmaq şansı əldə edən "sarı lacivərtlilər", icarə əsasında "Qalatasaray"da forma geyən və "cim bom"un çempionluğunda əsas pay sahibi olan Felipo Melonu, həmçinin serbiyalı Miloş Krasiç və Reto Zigleri transfer etmək üçün "Yuventus"a rəsmi təklif göndərib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubu xüsusi ilə F.Melonu transfer etməkdə çox israrlı görünür. "Yuventus"in idman direktoru Guiseppe Marrotta isə, İtaliyanın aparıcı idman nəşrlərindən olan "Tutto Sport"a açıqlamasında bildirib ki, keçən həftə "Fənərbaxça"lı menecerlərlə bu transfer məsələsini müzakirə edib. "Biz Krasiç və Zeglerdən daha çox Melo ilə onların şəxsən razılığa gəlmələrinin vacib olduğunu diqqətə çatdırdıq. Çünki onun "Qalatasaray"ı "Fənərbaxça"ya dəyişməsi çətin məsələdir"-deyə G.Marrotta fikrini tamamlayıb

Bütün xəbərlər Facebook səhifəmizdə