Droqba “Çelsi”ni tərk edir

Londonun "Çelsi" klubunun kot-d'Ivuarlı legioneri Didye Droqba yayda klubu tərk edəcəyi barədə xəbəri təsdiqləyib. 34 yaşlı futbolçunun Çinin "Şanxay şenxua" klubuna keçidi nəzərdə tutulur. Burada hücumçuya həftədə 250 min funt sterlinq ödəniləcək.


Qeyd edək ki, "Çelsi"nin 8 il formasını geyinən Droqba üç dəfə İngiltərə çempionu, 4 dəfə ölkə kubokunun və bir dəfə Çempionlar Liqasının sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə