"Heydar Aliyev Cup" futbol turniri başa çaıb

Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə may ayının 13-də London şəhərində keçirilən tədbirlə ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub. "Odlar Yurdu" diaspora təşkilatı tərəfindən 2008-ci ildən etibarən düzənlənən turnir əvvəlki illərdən fərqli olaraq bu il Avropanın bir neçə ölkəsində keçirilib. Turnirin açılış mərasimi may ayının 9-da Rumıniyanın paytaxtı Buxarest şəhərində baş tutub. "Odlar Yurdu" diaspora qurumu və ARDNŞ-in Rumıniya nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən yarışın qalibi Rumıniya komandası olub. Turnirə ev sahibliyi edən növbəti ölkə Çexiya Respublikası olub. Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin böyük dəstəyi və iştirakı ilə keçirilən tədbirdə Azərbaycan, Rusiya, Belorusiya, Özbəkistan və Almaniya komandaları iştirak edirdi. Belorusiya komandasının qələbəsi ilə başa çatan turnir iştirakçıların və qonaqların böyük marağına səbəb olub. . Mükafatlandırma mərasimində çıxış edən "Odlar Yurdu" diaspora təşkilatının sədri İlham Nağıyev turnirin qaliblərini təbrik edib. O bildirib ki, "Heydar Aliyev Cup" futbol turniri artıq Avropada bir ənənə halına çevrilməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə