Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində futzal üzrə Azərbaycan milli komandası Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, görüş 1:1 hesabı ilə başa çatıb. Azərbaycan millisinin aktivinə yazılmış qolun müəllifi Vitali Borisov olub.
Xatırladaq ki, bu komandalar arasında mayın 5-də keçirilmiş yoldaşlıq oyunu 2:1 hesabı ilə millimizin xeyrinə başa çatmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB