Futbol üzrə İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib. Siasport.az saytı xəbər verir ki, "Genoa"nın rəhbərliyi baş məşqçi Alberto Malezani ilə yolları ayırmaq qərarına gəlib. Buna komandanın son turda doğma meydanda "Siena" ilə ev oyununda 1:4 hesablı məğlubiyyəti səbəb olub. Məhz bu oyundan dərhal sonra rəhbərlik A.Malezaninin uzaqlaşdırılması barədə qərar çıxarıb.
Artıq komandanın yeni baş məşqçisi də məlumdur. O, Luici De Kaniodur. Malezani "Genoa"ya aprelin 2-də gətirilib. Komanda 57 yaşlı mütəxəssisin rəhbərliyi altında 3 oyunda cəmisi 2 xal toplaya bilib. Hazırda bu komanda 36 xalla 17-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB