Slaven Bilic "Beşiktaş"a "hə" dedi...

Slaven Bilic "Beşiktaş"a "hə" dedi...
İstanbulun "Beşiktaş" klubunda baş məşqçi Karlos Karvalhal ilə yollar ayrıldıqdan sonra, hazırda bütün diqqətlər gələcək yeni baş məşqçinin kimliyinə yönəlib. Siasport.az saytı xəbər verir ki, K.Karvalhalın yerinə idman direktoru olan Tayfur Havutçunu müvəqqəti olaraq komandanın sükanı arxasına gətirən "Beşiktaş" rəhbərliyi, yeni məşqçi axtarışlarını da davam etdirir. Amma deyəsən həm komandanın yeni prezidenti, həm də Türkiyə mətbuatı daha çox futbol üzrə Xorvatiya millisinin hazırkı baş məşqçisi Slaven Bilic ilə yaxından maraqlanır. Təcrübəli məşqçinin də "qara qartal"ım sükanı arxasına keçməyə müsbət yanaşdığı məlum olub. Türkiyənin nüfuzlu "Miliyyet" qəzeti yazır ki, S.Bilicin meneceri Marijan Mrminc, "Beşiktaş"la bağlı mətbuatda yayılan xəbərləri diqqətlə izlədiklərini deyərək, S.Bilicin İstanbula gəlməyə müsbət yanaşdığını və əgər ona rəsmi təklif gələrsə, təcrübəli mütəxəssisin bunu müzakirə etməyə hazır olduğunu dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə