Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti reytinqini açıqlayıb. Siasport.az saytının məlumatına görə, son 1 ili əhatə edən cədvəldə planetin 402 komandası yer alıb. Qeyd edək ki, Azərbaycanın ən yaxşılar arasında yeganə təmsilçisi isə yenə "Qarabağ" olub. Ümumiyyətlə, 5 aydır məğlub olmayan komandanın yüksəlişi gözlənirdi. "Qarabağ" son 1 ayda möhtəşəm sıçrayışa nail olaraq, 37 pillə irəliləyib. Belə ki, cəmi 1 ay əvvəl 69,5 xalla 316-cı pillədə qərarlaşan Qurban Qurbanovun yetirmələri hazırda 73,5 xalla 279-cu yerdədirlər.
Məlumat üçün bildirək ki, Azərbaycan təmsilçisi son 1 ayda arxada qoyduğu klublar sırasında "Verder", "Hoffenhaym" (hər ikisi Almaniya), "Karpatı" (Ukrayna), "Birmingem", "Vest Bromviç" (hər ikisi İngiltərə), "Parma", "Fiorentina" (hər ikisi İtaliya), "Loryan" (Fransa), "Vesterlo" (Belçika) kimi komandalar da var.
Onu da əlavə edək ki, reytinqə dünyanın ən güclü komandası olan İspaniyanın "Barselona" klubu 382 xalla başçılıq edir. Onun əzəli rəqibi olan "Real Madrid" isə 306 xalla 2-cidir. İlk "üçlüy"ü Argentinanın "Veles Sarsfild" klubu 287 xalla tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB