Huntelar  "Şalke"ni tərk edə bilər

Huntelar "Şalke"ni tərk edə bilər

Almaniyanın "Şalke" futbol klubu hollandiyalı futbolçusu Klass jan Huntelarla 2013-cü ildə bitəcək hazırkı müqavilənin müddətini uzatmaq istəyir. Siasport.az saytı xəbər verir ki, bu barədə alman mətbuatına verdiyi açıqlamada hollandiyalı futbolçunun meneceri Horst Heldt bildirib. O vurğulayıb ki, klub rəhbərliyinin bu istəyi baş tutmaya bilər. Buna səbəb, hollandiyalı futbolçunun hazırda illik 3 milyon avro olan müqavilə şərtləri ilə razı olmaması və bu məbləğin uzadılmasını tələb etməsidir. Futbolçunu güclə hazırkı müqaviləyə imza atmağa məcbur etməyəcəklərini deyən menecer bildirib ki, hollandiyalı futbolçunu heyətində görmək istəyən və olduqca yüksək məbləğ təklif edən çoxlu sayda klub var. Əgər "Şalke" rəhbərliyi futbolçunun istədiyi məbləği ödəməzsə, o zaman başqa klubların transfer təklifləri gözdən keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə