Yunis Hüseynov: “Qələbə münasibətilə komandamı təbrik edirəm”

Yunis Hüseynov: “Qələbə münasibətilə komandamı təbrik edirəm”

Unibank Premyer Liqasının 26-cı turu çərçivəsində keçirilən "Xəzər Lənkəran"-"İnter" qarşılaşmadan sonra klubun baş məşqçisi Yunis Hüseynov komandasının oyunu haqda açıqlama verib. Siasport.az saytının məlumatına görə, baş məqşçi postunda ilk qələbəsini qazanan Yunis Hüseynov bunları deyib: "Bu gün çox gərgin oyun oldu. Qələbə münasibətilə komandamı təbrik edirəm. Bir çox qol epizodlarımız olsa da, yalnız ikisindən yararlana bildik. Kubokda iki oyun oynadıqdan sonra eyni komanda ilə yenə qarşılaşmaq çox çətin idi. Futbolçularıma gələcək oyunlarda uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə