Yığmamızın rəqibi Türkiyə komandası olacaq

Yığmamızın rəqibi Türkiyə komandası olacaq

Aprelin 27-dən mayın 3-dək Qazaxıstanın Almatı şəhərində 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında V Beynəlxalq "Prezident kuboku" turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə iştirak edəcək komandaların siyahısında dəyişiklik olunub. Belə ki, "B" qrupunda yığmamızla mübarizə aparmalı olan Çin komandasının əvəzinə "Prezident kuboku"nda Türkiyə yığması çıxış edəcək. "B" qrupunun heyətinə gəldikdə isə yığmamız aşağıdakı komandalarla mübarizə aparacaq:

B qrupu:

Türkiyə

Azərbaycan

İran

Gürcüstan.

Bütün xəbərlər Facebook səhifəmizdə