"Simurq” klubu “Turan”la qarşılaşacaq

"Simurq” klubu “Turan”la qarşılaşacaq

Bu gün Unibank Premyer Liqanın final mərhələsinin ikinci altılığında daha iki komanda üz-üzə gələcək. Siasport.az saytının məlumatına görə, "Simurq" PFK XXIV turun açılış matçında Tovuzun "Turan" klubunu qəbul edəcək.

Qeyd edək ki, Zaqatala şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq. "Sumqayıt" ilk dəfə yeni baş məşqçi Georgi Çıxradzenin rəhbərliyi altında meydana çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə