Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşib

Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşib

Xəbər verdiyimiz kimi, Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında Azərbaycan birinciliyi keçirilir. Güləş Federasiyasından siasport.az saytına verilən xəbərə görə, yarışların ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər döşək üzərinə çıxıb.

Qeyd edək ki, 108 pəhləvanın mübarizə apardığı yarışın ilk günündə fəxri kürsüyə aşağıdakı idmançılar yüksəlib:

50 kq

1. Ruslan Qasımov - Gəncə

2. İxtiyar Quliyev - Neftçi İSM

3. Xəqan Xəlilov - Neftçi İSM

3. Vaqif Qasımov - Xəzər-Lənkəran

60 kq

1. Ruhlan Məmmədov - Gəncə

2. Kənan Quliyev - Sumqayıt, Neftçi İSM

3. Hüseyn Nəsirov - Neftçi İSM

3. Cəlal İsmayılov - Qazax

74 kq

1. Elcan Usubzadə - Qazax

2. Murtuz Müslümov - Atasport GK

3. Kamran Yunusov - Neftçi İSM

3. Yaqubəli Şıxcamalov - Atasport GK

96 kq

1. Hacı Şərifov - Atasport GK

2. Ruslan Hacıyev - Atasport GK

3. Elmiz İsmayılov - Neftçi İSM

3. Məlikağa Məlikli - Masallı

Məlumat üçün bildirək ki, Bakı birinciliyində müxtəlif çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılara Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə