Horadizdə Novruz bayramına həsr olunan yarış keçirilib

Horadizdə Novruz bayramına həsr olunan yarış keçirilib

Füzulidə Olimpiya İdman kompleksində rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə rayon birinciliyi keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yarışı cəbhə bölgəsində olan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da izləyib.

Rayondan olan 100 yaxın yeniyetmə və gənc idmançılar birincilik və mükafatlar uğrunda mübarizəyə qatılıb.


Tədbirdə qeyd edilib ki, müharibə şəraitində yaşayan bir ölkədə həm də gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xidmət edən belə tədbirlərin keçirilməsi gənclərin idmana marağını artırır.


Qeyd edək ki, yarışın sonunda qaliblər əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və rayon icra başcısı Alı Alıyev tərəfindən mükafatlandırılaraq fəxri fərman və medallarla təltif olunub.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə