Türkiyənin "TRT" dövlət televiziyasının "Stadyum" proqramına müsahibə verən "Atletiko Madrid" futbol klubunun türkiyəli forvardı Arda Turan, bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, İspaniyadakı futbol həyatı və "Qalatasaray"dan ayrılması ilə bağlı bir sıra məsəslələr barədə danışan A.Turan bildirib ki, onun "Qalatasaray"dan atrılmasına əsas səbəb azarkeşlərin daima ona qarşı təhqiramiz şüarlar səsləndirmələri olub:
"O cür təhqirləri eşidəndən sonra fikirləşdim ki, artıq mənim "Qalatasaray"da qalmağım üçün heç bir əsas yoxdur. İllərdir xidmət etdiyim bir camiədən bu cür sözlər eşitmək mənə ağır gəlirdi. Çünki, son vaxtlar daima azarkeşlərin təhqirləri və mənə qarşı yönəlmiş ittihamları ilə qarşılaşırdım. Fikirləşdim ki, artıq futbol koryeramı xarici klublkarda davam etdirsəm həm özüm üçün, həm də ətrafımdakı insanlar üçün əla olar. Şükür ki, bu gün "Atletiko Madrid"də xoşbəxtəm"-deyə A.Turan fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB