Tolga Zəngin: "Biz "Qalatasaray"dan çəkinmirik!"

Tolga Zəngin: "Biz "Qalatasaray"dan çəkinmirik!"
Deyəsən rəqib meydanında "Beşiktaş"ı 1:2 hesabı ilə məğlub etmək, "Trabzonspor"lu futbolçuları elə ruhlandırıb ki, onlar indi də "Qalatasaray"ı hədələyən bəyanatlar verməyə başlayıblar. Siasport.az syatı xəbər verir ki, Trabzon təmsilçisinin qolkiperi Tolga Zəngin jurnalistlərə bildirib ki, onlar "Beşiktaş"a yaşatdıqları məğlubiyyəti lider "Qalatasaray"a da yaşadacaqlar.
Liderlə qarşıdakı turlarda "Türk Telekom Arena"da qarşılaşacaqlarını xatırladan "Trabzonspor"un qapıçısı, yüksək səviyyəli ulduz futbolçuların cəmləşdikləri "Qalatasaray"dan çəkinmədiklərini və "cim bom"u məğlub edərək həm öz nüfuzlarını yüksəldəcəklərini, həm də turnir cədvəlindəki vəziyyətlərini yaxşılaşdıracaqlarını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə