Xose Qvardiola "Barselona"nın çempion olacağına inanmır!

Xose Qvardiola "Barselona"nın çempion olacağına inanmır!
Deyəsən bu il İspaniya La Liqasının qalibi olmaq "Barselona"ya qismət olmayacaq. Siasport.az saytı xəbər verir ki, əzəli rəqibi "Real"ın 10 xal gerisində olan katalon klubu, artıq çempionluğa olan ümidlərini də "dəfn etməyə" başlayıb. Son qarşılaşmada "Atletiko Madrid" üzərində qələbə qazanandan sonra, "Barselona"nın baş məşqçisi Xose Qvardiolanın açıqlamaları da bunu söyləməyə əsas verir.
Belə ki, X.Qvardiola, bu il çempion olmalarının çox çətin məsələ olduğunu və "Real" ilə aralarındakı xal fərqini azaltmağın mümkünsüz göründüyünü dilə gətirib. Bir sıra qarşılaşmalarda itirdikləri xalların onlar üçün ciddi fəsadlar yaratdığını deyən X.Qvardiola, bununla yanaşı futbolda möcüzələrin də ola biləcəyini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə