Boksçularımız Fevralın 18-də Meksikada növbəti yarışa çıxacaqlar

Boksçularımız Fevralın 18-də Meksikada növbəti yarışa çıxacaqlar
Fevralın 18-də Mexiko şəhərin "Foro Polanso" arenasında Ümumdünya Boks Seriyasının 10-cu turunda Azərbaycanın Baku Fires və Meksikanın Mexico City Guerreros komandaları qarşılaşacaqlar.
Siasport.az saytı Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki,
yarışda 54 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov (Baku Fires)- Aaron Alameda (Mexico City Guerreros), 61 kq-da Xurşid Tocibayev -Lopes, 73 kq-da Heybulla Mürsəlov - Mladen Manev, 85 kq-da Rəcəb Əliyev - Boyan Miskoviç, 91 kq-dan yuxarı çəki dərəcəsində Fərid Şabanov - Omar Qarsiya ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə