Xəbər verdiyimiz kimi, Azərbaycanın sərbəst və qadınlardan ibarət güləş komandaları Türkiyənin paytaxtı Ankara şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş 40-cı beynəlxalq turnirdə iştirak edir. Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mayis Musayevin siasport.az saytına verdiyi xəbərə görə, turnirin ilk günündə 48, 59, 72 kq çəki dərəcələrində qadın, 55, 74 kq çəki dərəcələrində isə sərbəst güləşçilər döşəkcə üzərinə çıxıb. Belə ki, elə ilk gündə çıxış edən idmançılarımız 2 qızıl, 2 gümüş, 2 bürünc medal əldə edib.
Məlumat üçün bildirək ki, sərbəst güləşçilərin mübarizəsində qızıl medala 55 kq çəki dərəcəsində Mahmud Məhəmmədov, bürünc medallara isə 55 kq çəki dərəcəsində Qalib Əliyev və 74 kq çəki dərəcəsində Əşrəf Əliyev layiq görülüblər.
Qadın güləşçilərimizə gəldikdə isə, zəriflərimiz 1 qızıl və 2 gümüş medal əldə edib. 48 kq çəki dərəcəsində finalda Marziget Baqomedovanın rəqibi olan Kəmalə Əliyeva gümüş medal qazanıb. Komandamıza ikinci gümüş medalı isə 72 kq çəki dərəcəsində mübarizə aparan Natalya Palamarçuk qazandırıb.
Xatırladaq ki, AGF-nin baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərovun baş hakimliyi ilə keçirilən turnirdə qarşılaşmaların idarə olunmasında Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının sədri , beynəlxalq dərəcəli hakim Qərib Əliyev və beynəlxalq dərəcəli hakim Fəraqət Cəlalov da iştirak edir.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB