Azərbaycanın milli çimərlik futbol komandası Rusiya yığmasına qalib gəlib

Azərbaycanın milli çimərlik futbol komandası Rusiya yığmasına qalib gəlib

Azərbaycanın çimərlik futbolu üzrə milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş Grand-prix "Winter OBSL 2012" beynəlxalq turnirində ilk oyununu keçirib.

Siasport.az saytının məlumatına görə, millimiz Rusiyanın "Podvodnik" komandası ilə qarşılaşıb. 4:1 hesabı ilə yığmamız qalib gəlib. Komandamızdan Elvin Quliyev, Emin Kürdov və Zeynalov hərəyə bir qolu öz hesablarına yazıblar. Dördüncü qolu isə "Podvodnik" klubunun heyətində çıxış edən Vladimir Poqorelov öz qapısına vurub.

Məlumat üçün bildirək ki, Azərbaycan millisi növbəti oyununu bu gün keçirəcək. Qarşılaşma saat 18:00-da başlayacaq. Qeyd edək ki, millimizin rəqibi yenə Rusiyanı təmsil edən "ELMONT" komandası olacaq.

Orxan Faiqov


Bütün xəbərlər Facebook səhifəmizdə