Şahmat məsələ və etüdlərinin həlli üzrə IV Dünya kubokunda Azərbaycan şahmatçısı 4-cü olub
Fevralın 4 və 5-də Moskvada şahmat məsələ və etüdlərinin həlli üzrə IV Dünya kuboku keçirilib. Siasport.az saytının məlumatına görə, Dünya kubokunda Azərbaycanı 6 həllçi təmsil edib. Həmin şahmatçıların heyəti aşağıda göstərilib.
1. Araz Alməmmədov
2. Lütfiyar Rüstəmov
3. Ramil Cavadov
4. Aqşin Məsimov
5. Zaur Məmmədov
6.Misrəddin İsgəndərov
Qeyd edək ki, Dünya kubokunun yekununa görə, 5 idmançı diplom və medallara layiq görülüb. Həmin mükafatçıların içərisində Azərbaycanı təmsil edən Ramil Cavadov 4-cü yerə layiq görülüb.
Xatırladaq ki, keçən ilin dünya kuboku ilə müqayisə etdikdə Azərbaycan həllçilərinin nəticələri müsbət mənada dəyişib. Belə ki, keçənilki yarışda Ramil Cavadov 5-ci yerə layiq görüldüyü halda, bu il bir pillə irəliləyərək 4-cü yerə çıxıb.
Ümumi nəticədə 16-cı yerə çıxan beynəlxalq usta Zaur Məmmədov isə yeniyetmə həlledənlər arasında I yerə layiq görülüb.
Məlumat üçün bildirək ki, Azərbaycan şahmatçıları artıq Moskvadan vətənə geri qayıdıblar.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB