Sabah “Neftçi” “Terek”lə qarşılaşacaq

Sabah “Neftçi” “Terek”lə qarşılaşacaq

Xəbər verdiyimiz kimi, "Neftçi" Peşəkar Futbol Klubu Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edir.

Siasport.az saytının məlumatına görə, artıq beynəlxalq turnirdə qrup mərhələsinin oyunlarına yekun vurulub.

Məlumat üçün bildirək ki, dünən Özbəkistanın "Paxtakor" klubu ilə qarşılaşan və 3:0 hesabı ilə qələbə qazanan Flaqman, dördüncü oyununu çempionatın digər qrupunda ikinci yeri tutmuş "Terek"ə qarşı keçirəcək.

Qeyd edək ki, üçüncü yer uğrunda mübarizə apacaq komandalar sabah Bakı vaxtı ilə saat 13:00-da qarşılaşcaqlar.


Bütün xəbərlər Facebook səhifəmizdə