Bert Şuster-Joze Maurinyo qarşıdurması kəskinləşir!

Bert Şuster-Joze Maurinyo qarşıdurması kəskinləşir!
İspaniyanın "Real" futbol klubunun hazırkı baş məşqçisi Joze Maurinyo, keçmiş həmkarı tərəfindən ittiham hədəfinə tuş gəlib. Siasport.az saytı xəbər verir ki, vaxtı ilə kral klubunu çalışdırmış, keçən ilə qədər isə İstanbulun "Beşiktaş" futbol klubunun baş məşqçisi olmuş Bert Şuster, portuqlaiyalı futbol mütəxəssisini "Real"ı uğursuzluqa düçar etməkdə ittiham edib. Onun fikrincə, daima "Barselona" ilə derbi qarşılaşmalarında J.Maurinyonun meydana buraxdığı ilk 11-lik çox uğursuz seçim olub.
B.Şusterin bu ittihamları isə cavabdız qalmayıb. Belə ki, J.Maurinyonun köməkçisi olan Elaido Parames İspaniya mətbuatında çıxış edərək bildirib ki. B.Şusterin Türkiyədə "Beşiktaş"ın başına gətirdiyi oyunlar, komandanı uğursuzluq zolağına salması kifayərdir ki, onun necə məşqçi olduğunu söyləyəsən.

Bütün xəbərlər Facebook səhifəmizdə