“Azərreyl” yenə “Rabitə” ilə bacarmadı...

“Azərreyl” yenə “Rabitə” ilə bacarmadı...

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VII turun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, bu turda olduqca maraqlı və prinsipial qarşılaşma baş tutub. Mövsümün derbisi – "Rabitə" - "Azərreyl" matçında, "rabitəçilər" qələbə qazanıblar. Zoran Qayiçin yetirmələri layiqli qələbə qazanıblar. Bununla da Super Liqanın son qalibi turnir cədvəlində birinci pilləyə yüksəlib. İlk məğlubiyyət isə "Azərreyl"in mövqeyinə təsir etməyib. Tur çərçivəsində derbidən savayı, digər oyunlar da maraqsız alınıb. Günün ilk qarşılaşmasında üz-üzə gələn "Lokomotiv Biləcəri" ilə "İqtisadçı"nın mübarizəsində ikincilər qalib ayrılıblar. Eldar Əliyevin yetirmələri ardıcıl 5 məğlubiyyətdən sonra (3 Super Liqa, 2 CEV kuboku) debütant üzərində qələbə qazanmağı bacarıblar. Onlar rəqiblərini "quru hesabla" məğlub ediblər. Yenə 0:3 hesabı ilə uduzan "Lokomotiv Biləcəri" isə I dövrənin fasiləsinə bir setdə belə qələbə qazanmadan yollanıb. Bu oyunun ardınca baş tutan "Azəryolservis" – "Lokomotiv" görüşündə "dəmiryolçular" qələbə seriyasını davam etdiriblər. Onlar debütantla qarşılaşmada rəqibə heç bir şans verməyiblər və hər 3 seti xeyirlərinə başa vurublar. 

"RABİTƏ" – "AZƏRREYL" - 3:0 (25:14, 25:21, 25:20)

Hakimlər: Vüqar Cəfərov, Konstantin Selin

"LOKOMOTİV BİLƏCƏRİ" – "İQTİSADÇI" - 0:3 (11:25, 20:25, 17:25)

Hakimlər: Ceyhun İsmayılov, Ruhid Xəlilov

"AZƏRYOLSERVİS" – "LOKOMOTİV" - 0:3 (18:25, 22:25, 11:25)

Hakimlər: Murad Abdurahmanzadə, Eldar Zülfüqarov 

Bütün xəbərlər Facebook səhifəmizdə