Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin yeni prezidenti seçildi

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin yeni prezidenti seçildi

Xəbər verdiyimiz kimi, bu gün Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Tələbə Futbol Federasiyasının (TFF) növbədənkənar ümumi yığıncağı keçirilib. Siasport.az saytının məlumatına görə, toplantı artıq başa çatıb.

Tədbir zamanı federasiyanın işçi heyəti təyin olunub. Sonra açıq səsvermə yolu ilə TFF-in vitse-prezidentləri Oktay Abdullayev, İlham Pirməmmədov, Nəbi Əliyev və 17 nəfərdən ibarət İcraiyyə Komitəsinin (İK) üzvləri seçilib.

Qeyd edək ki, İK üzvlərinin əksəriyyəti universitet rektorları və rektor köməkçilərindən ibarətdir.

Vitse-prezidentlərin və icraiyyə komitəsi üzvlərinin iştirakı ilə qapalı iclas keçirilib. İclasın sonunda İlham Mərdanov TFF-in yeni prezidenti seçilib. Ələkbər Mirzəyev isə federasiyanın fəxri prezidenti təyin olunub.

Xatırladaq ki, yığıncaqda iştirak edən universitet rektorları, tələbələr və idmançılar son illərdə Azərbaycanda idmana göstərilən qayğı və dəstəkdən danışıblar. Bütün idman növlərinə olduğu kimi futbola göstərilən dəstəyə görə ilk növbədə ölkə Prezidenti İlham Əliyevə və gənclər və idman naziri Azad Rəhimova öz təşəkkürlərini bildiriblər.


ORXAN


Bütün xəbərlər Facebook səhifəmizdə