Beynəlxalq Cüdo Federasiyası, 2012-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, "World Masters" turnirinin yekununa əsasən siyahıda Azərbaycanın 2 cüdoçusu - Ramilə Yusubova (63 kq) və Elxan Rəcəbli (81 kq) irəliləyiblər. Azərbaycan yığmasının üzvləri müvafiq olaraq 14-cü və 21-ci yerlərə yüksəliblər.
"World Masters"in qalibi Olimpiya çempionumuz Elnur Məmmədlinin (81 kq) və Kifayət Qasımovanın (57 kq) mövqeyində isə dəyişiklik olmayıb. Onlar öz çəki dərəcələrində 3-cü və 13-cü yerdədilər. Yığmamızın digər üzvləri İlqar Müşkiyev (60 kq) 11-ci, Tərlan Kərimov (66 kq) isə 14-cü yerə eniblər. Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB