21 yaşlılardan ibarət Azərbaycan millisi Türkiyədə 3 yoldaşlıq görüşü keçirəcək
Futbol üzrə 21 yaşlılardan ibarət Azərbaycan millisi (U-21) Türkiyədəki hazırlıq prosesində 3 yoldaşlıq görüşü keçirəcək. Siasport.az saytı xəbər verir ki, artıq gənc futbolçularımızın hansı ölkə komandaları ilə qarşılaşacaqları da məlun olub. Belə ki, yığmamız yanvarın 23-də Macarıstanın U-21-i, 26-da bu ölkənin "Ferentsvaroş", 28-də isə Norveçin "Fredrikstad" klubu ilə görüşəcək. Millimiz Antalyada yanvarın 20-dən 29-dək təlim-məşq toplanışı keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB